Xəbərlər
Xəzər rayonunda “Türk Dünyasına Səyahət” adlı tədbir keçirilmişdir

9 iyun 2026-cı il tarixində Xəzər rayonu 156 nömrəli tam orta məktəbdə “Türk Dünyasına Səyahət” adlı tədbir keçirilmişdir.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin rəhbərliyi və nümayəndələri, Azərbaycan Respublikası Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xəzər Rayon Komitəsinin rəhbərliyi və nümayəndələri, Təhsil İdarəsinin əməkdaşları, millət vəkilləri , Türk dövlətlərinin Azərbaycandakı səfirləri və diplomatik nümayəndələri, eləcə də rayonun ziyalıları iştirak etmişlər.
Tədbir çərçivəsində Türk dünyasının zəngin tarixi, mədəni irsi, milli-mənəvi dəyərləri və ortaq kökləri nümayiş etdirilmiş, qardaş xalqlar arasında dostluq, birlik və əməkdaşlıq münasibətlərinin əhəmiyyəti vurğulanmışdır.
Çıxışlarda Türk dövlətləri arasında əlaqələrin daha da möhkəmləndirilməsinin, ortaq dəyərlərin gələcək nəsillərə aşılanmasının və qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd edilmişdir.







