Xəbərlər
Müəllimlər Günü münasibətilə Xəzər rayonunda tədbir keçirilib

Müəllimlər Günü münasibətilə Xəzər rayonunda tədbir keçirilib
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Xəzər rayonunda tədbir keçirilib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xəzər Rayon Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə Elm və Təhsil Nazirliyi tərəfindən 2026-cı ildə keçirilmiş müəllimlərin sertifikatlaşdırılması imtahanında yüksək nəticə göstərən müəllimlər iştirak ediblər.
Tədbirdə çıxış edən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xəzər Rayon Komitəsinin sədri Cəlil Nicat müəllimləri peşə bayramı münasibətilə təbrik edib. O, müəllimlərin təhsil sahəsindəki mühüm rolundan, peşəkarlığından və gənc nəslin formalaşmasında göstərdikləri fəaliyyətdən danışıb, onlara gələcək işlərində uğurlar və yeni nailiyyətlər arzulayıb.
237 nömrəli tam orta məktəbin direktoru Zümrüd Abbasova da çıxış edərək müəllimləri bayram münasibətilə təbrik edib, onların yüksək peşəkarlığını və təhsilin inkişafına verdikləri töhfələri diqqətə çatdırıb.
Tədbirin sonunda sertifikatlaşdırma imtahanında yüksək nəticə göstərən müəllimlərə Müəllimlər Günü münasibətilə hədiyyələr təqdim olunub.
Tədbir səmimi şəraitdə və xoş əhval-ruhiyyə ilə başa çatıb.
“Müəllim: Təhsilin memarı, gələcəyin qurucusu” adlı tədbir keçirilib

“Müəllim: Təhsilin memarı, gələcəyin qurucusu” adlı tədbir keçirilib
02 oktyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Xəzər Rayon İcra Hakimiyyəti və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xəzər Rayon Komitəsinin birgə təşkilatçılığı ilə təhsil işçilərinin peşə bayramına həsr olunmuş “Müəllim: Təhsilin memarı, gələcəyin qurucusu” adlı tədbir keçirilib.
Mərdəkan qəsəbəsində yerləşən “Qoşa Qala” restoranında keçirilən tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Turanə Kərimova, Milli Məclisin deputatı Soltan Məmmədov, Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov, Milli Aviasiya Akademiyasının İqtisadiyyat və hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor Ayxan Rüstəmzadə, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin rəisi, polkovnik Ruslan Həsənov, rayon icra hakimiyyəti başçısının müavinləri, aparatın əməkdaşları, ETİHİ Xəzər Rayon Komitəsinin rəhbərliyi və əməkdaşları, eləcə də rayonun təhsil işçiləri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov təhsil işçilərini peşə bayramı münasibətilə təbrik edib, müəllimlərin gənc nəslin formalaşmasında, onların milli-mənəvi dəyərlərə bağlı, savadlı və vətənpərvər vətəndaşlar kimi yetişdirilməsində mühüm rol oynadığını vurğulayıb.
ETİHİ Respublika Komitəsinin sədr müavini Turanə Kərimova çıxışında təhsil işçilərinin hüquq və mənafelərinin müdafiəsi, sosial rifahının yüksəldilməsi və əmək şəraitinin yaxşılaşdırılması istiqamətində həmkarlar ittifaqı tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib, təhsil işçilərini qarşıdan gələn peşə bayramı münasibətilə təbrik edib.
Çıxış edən digər natiqlər – Milli Məclisin deputatı Soltan Məmmədov, Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov, Milli Aviasiya Akademiyasının İqtisadiyyat və hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor Ayxan Rüstəmzadə, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin rəisi, polkovnik Ruslan Həsənov və S.Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru Tural Mirzəliyev müəllim əməyinin cəmiyyətin inkişafında və dövlətin gələcəyinin formalaşmasında əhəmiyyətindən bəhs ediblər. Natiqlər təhsil işçilərini peşə bayramı münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Tədbirin sonunda təhsil sahəsində səmərəli fəaliyyəti ilə fərqlənən bir qrup təhsil işçisinə Xəzər Rayon İcra Hakimiyyətinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və ETİHİ Xəzər Rayon Komitəsinin fəxri fərman və təşəkkürnamələri təqdim olunub.
Tədbir müğənnilərin iştirakı ilə təqdim olunan geniş konsert proqramı ilə davam edib.
Xəzər rayonunda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib

Xəzər rayonunda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib
Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 27 Sentyabr – Anım Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və müharibə iştirakçıları, idarə və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri, həmçinin Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xəzər Rayon Komitəsinin sədri Nicat Cəlil iştirak edib.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda Vətən müharibəsində qazanılan tarixi Zəfərin xalqımızın milli birliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi nəticəsində əldə edildiyi vurğulanıb. Şəhid ailələri və qazilərə göstərilən dövlət qayğısından bəhs edilib.
Tədbirdə şəhid ailələrinin nümayəndələri çıxış edərək dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Sonda şəhidlərin əziz xatirəsinə həsr olunmuş ədəbi-bədii çıxışlar təqdim olunub və ehsan süfrəsi təşkil edilib.
27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəfər Parkı ziyarət olunub

27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəfər Parkı ziyarət olunub
27 Sentyabr – Anım Günü münasibətilə Zəfər parkı ziyarət edilərək Vətən uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Xəzər rayonunda təhsil işçiləri arasında güllə atıcılığı üzrə turnir keçirilib

Xəzər rayonunda təhsil işçiləri arasında güllə atıcılığı üzrə turnir keçirilib
23 sentyabr 2026-cı il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xəzər Rayon Komitəsinin və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Xəzər rayonu üzrə Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə 185 nömrəli tam orta məktəbdə təhsil işçiləri arasında güllə atıcılığı üzrə Xəzər rayon turniri keçirilib.
Turnirdə rayonun 16 təhsil müəssisəsini təmsil edən komandalar iştirak edib. Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən yarışın yekun nəticələrinə əsasən qalib komandalar müəyyənləşib:
🥇 I yer – 117 nömrəli tam orta məktəbin komandası
🥈 II yer – 206 nömrəli tam orta məktəbin komandası
🥉 III yer – 185 nömrəli tam orta məktəbin komandası
Turnirin sonunda qalib komandalar diplom və medallarla təltif olunublar
125 nömrəli tam orta məktəbdə çalışan Həmkarlar İttifaqı üzvləri üçün Quba rayonuna səfər təşkil olunub

125 nömrəli tam orta məktəbdə çalışan Həmkarlar İttifaqı üzvləri üçün Quba rayonuna səfər təşkil olunub
ETİHİ Xəzər Rayon Komitəsi tərəfindən 125 nömrəli tam orta məktəbində çalışan Həmkarlar İttifaqı üzvləri üçün Quba rayonuna səfər keçrilib.
Quba rayonunda olan ittifaq üzvləri bölgənin təbiəti ilə tanış olub, istirahət üçün ayrılan vaxtı xoş əhval-ruhiyyə ilə keçiriblər. Səfər iştirakçıların birlikdə vaxt keçirməsinə və yeni təəssüratlar əldə etməsinə şərait yaradıb.
İştirakçılar göstərilən diqqət və dəstəyə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və Azərbaycan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına minnətdarlıqlarını ifadə ediblər.
Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
Sentyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib.
Tədbir Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə sentyabrın 7-dən 12-dək “Təhsil” İstirahət Mərkəzində keçirilən tələbə düşərgəsi çərçivəsində təşkil olunub.
Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru vəzifəsini icra edən Fərid Babayev, Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Bakı Avrasiya Universitetinin rektoru Siyavuş Qasımov və 700 -ə yaxın ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə giriş sözü ilə çıxış edərək tədbirin məqsədi və “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti barədə məlumat verib.
Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev qonaqlara AHİK rəhbərliyinin səmimi salamlarını çatdırıb və son illərdə həmkarlar hərakatında görülən işlərdən danışıb. İl ərzində komitə tərəfindən həyata keçirilən yay və qış düşərgələri, forumlar, intellektual yarışlar, idman tədbirləri, təlimlər, ekskursiyalar, mədəni proqramlar, könüllülük təşəbbüsləri və sosial layihələrin məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.
ETİHİ Respublika Komitəsinin sədri onu da vurğulayıb ki, qarşıdakı illərdə bu cür düşərgələr ixtisasyönümlü olacaq və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamində daha innovativ layihələr həyata keçiriləcək.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirin əsas məruzəçisi Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar memarı Gülçöhrə Məmmədova şəhərsalma və memarlığın gələcəyi, müasir şəhər mühitinin formalaşdırılmasında yeni yanaşmalar və bu sahədə gənc mütəxəssislərin rolu barədə fikirlərini bölüşüb. Rektor çıxışında şəhərsalma və memarlıq sahəsində keyfiyyətli mütəxəssis hazırlığının vacibliyinə diqqət çəkib, tələbələri yeni biliklərə yiyələnməyə və yaradıcı düşüncəyə təşviq edib. Professor Gülçöhrə Məmmədova gənclərin gələcəkdə ölkənin şəhərsalma və memarlıq mühitinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı öz çıxışında Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasına tələbələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirərərək son illər peşə təhsilinə gənclərin marağının əvvəlki illərə nisbətən daha çox olmasından həmçinin peşə təhsili müəssiələrində yüksək ixitsaslı texniki mütəxəssislərin hazırlanmasından bəhs edib.
Daha sonra qonaqlar “Təhsil” İstirahət Mərkəzində ittifaq üzvilərinə yaradılmış şəraitlə tanış olublar. Sonda tələbələrlə ali təhsil müəssisələrinin rəhbərləri xatirə fotosu çəkdiriblər.
Qeyd edək ki, düşərgə çərçivəsində tələbələr üçün intellektual yarışlar,futbol, voleybol, şahmat yarışları, foto və film müsabiqələri keçiriləcək.
ETİHİ Xəzər Rayon Komitəsi tərəfindən keçirilən ekskursiyalar davam edir

ETİHİ Xəzər Rayon Komitəsi tərəfindən keçirilən ekskursiyalar davam edir
ETİHİ Xəzər Rayon Komitəsi tərəfindən 88 nömrəli tam orta məktəbində çalışan Həmkarlar İttifaqı üzvləri üçün Qusar rayonuna səfər təşkil olunub.
Qusar rayonunda olan ittifaq üzvləri bölgənin təbiəti ilə tanış olub, istirahət üçün ayrılan vaxtı xoş əhval-ruhiyyə ilə keçiriblər. Səfər iştirakçıların birlikdə vaxt keçirməsinə və yeni təəssüratlar əldə etməsinə şərait yaradıb.
İştirakçılar göstərilən diqqət və dəstəyə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və Azərbaycan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına minnətdarlıqlarını ifadə ediblər.
ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar
Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.
Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.
ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.
Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.
Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.
Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.
Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, İşçilərin İdmanı üzrə Balkan Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.
Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.
Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.
ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər
Bolqarıstanın Albena şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirakı ilə Müəllimlərin XXII Yay İdman Oyunları keçirilir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) üzvləri də bu beynəlxalq yarışlarda iştirak edirlər.
Azərbaycan təmsilçiləri mini-futbol, stolüstü tennis, basketbol, çimərlik voleybolu və şahmat olmaqla 5 idman növündə mübarizə aparırlar.
Avqustun 27-28-də keçirilən yarışlarda ittifaq üzvlərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.
Mini-futbol üzrə komandamız qrup mərhələsini 6 xalla başa vuraraq yarımfinala yüksəlib. Yarımfinalda Bolqarıstanın “Vraça” komandasını 3:1 hesabı ilə məğlub edən təmsilçilərimiz finala vəsiqə qazanıblar.
Stolüstü tennis üzrə qadın və kişi komandalarımız da qrup mərhələsində keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar. Qadınlardan ibarət komandamız 6 xalla, kişilərdən ibarət komandamız isə 8 xalla qrup mərhələsini lider kimi başa vuraraq final mərhələsinə yüksəliblər.
Şahmat üzrə fərdi yarışlarda Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin müəllimi Bünyad Əsgərov I yeri tutub. O, həlledici qarşılaşmada Polşanın “ZNP” komandasının təmsilçisinə qalib gələrək yarışın qalibi olub.
Qeyd edək ki, Müəllimlərin Yay İdman Oyunları 2004-cü ildən etibarən ənənəvi olaraq hər il Bolqarıstanda keçirilir. Oyunlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr edilən ölkədaxili idman yarışlarında yüksək nəticələr göstərərək münsiflər heyəti tərəfindən seçilən ittifaq üzvlərimiz iştirak edirlər.
Yarışlar avqustun 30-dək davam edəcək.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edirik!

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edirik!
Hörmətli Mehriban xanım,
Sizi doğum gününüz münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xəzər Rayon Komitəsi adından dərin hörmət və ehtiramla təbrik edirik.
Sizin dövlətçilik fəaliyyətiniz, insan amilinə və sosial rifaha verdiyiniz xüsusi önəm, təhsil, səhiyyə, mədəniyyət və humanitar sahələrdə həyata keçirdiyiniz mühüm təşəbbüslər Azərbaycan cəmiyyətinin inkişafına və milli-mənəvi dəyərlərimizin qorunmasına dəyərli töhfələr verir.
Rəhbərlik etdiyiniz Heydər Əliyev Fondunun həyata keçirdiyi sosial, humanitar və mədəni layihələr, milli irsimizin qorunması və Azərbaycanın dünyada layiqincə tanıdılması istiqamətində fəaliyyəti xüsusi təqdirəlayiqdir.
Hörmətli Mehriban xanım,
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və Azərbaycan dövlətinin və xalqının rifahı naminə məsuliyyətli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
Doğum gününüz mübarək olsun!
229 və 61 nömrəli körpələr evi-uşaq bağçaları üçün Quba rayonuna səfər təşkil olunub

229 və 61 nömrəli körpələr evi-uşaq bağçaları üçün Quba rayonuna səfər təşkil olunub
ETİHİ Xəzər Rayon Komitəsi tərəfindən 229 və 61 nömrəli körpələr evi-uşaq bağçalarında çalışan Həmkarlar İttifaqı üzvləri üçün Quba rayonuna səfər təşkil olunub. Səfər zamanı ittifaq üzvləri Qubanın təbii gözəllikləri ilə tanış olub, rayonun müxtəlif məkanlarında olublar. Qubada keçirilən gün kollektiv üzvləri üçün xoş əhval-ruhiyyə və maraqlı təəssüratlarla yadda qalıb.
Səfər iştirakçıları göstərilən diqqət və dəstəyə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və Azərbaycan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına minnətdarlıqlarını ifadə ediblər.


